"Azərbaycan İlahiyyat İnstitutunun diplomu qardaş Türkiyədə tanınmırsa..."

31-07-2019, 19:29           
"Azərbaycan İlahiyyat İnstitutunun diplomu qardaş Türkiyədə tanınmırsa..."
Teref.az olaraq Azərbaycan İlahiyyat İnstitutunun xaricdə tanınıb tanınmadığı barədə bəzi məlumatlar əldə etmişik. Sosila şəbəkədə fəal olan həmyerlimiz Zaur Şüküroğlu bu barədə bir status paylaşıb.Onun yazdığına görə Aİİ-nin verdiyi diplom əgər qardaş Türkiyədə belə tanınmırsa onun basqa ölkədə tanınması müşkül məsələdir. Zaur Şüküroğlunun statusunu təqdim edirik:
"Görəsən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təhsil alan tələbələrin və bu il bu institutu seçən abituriyentlərin Aİİ-nin diplomunun dünyada tanınıb-tanınmadığından xəbərləri varmı? Məsələn, bu institutun diplomunun Türkiyədə tanınmadığını şəxsən yaxşı bilirəm. Qardaş ölkədə belə, tanınmayan bir diplomun dünyanın hansı ölkəsində tanındığını bilmək maraqlı olardı, elə deyilmi? Ən əsası bunu bilmək tələbələrin ən təbii haqqıdır. Çünki birbaşa onların gələcəkləri ilə əlaqəli ciddi bir məsələdir..."

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.