Azərbaycanda məmur özbaşınalığı: məhəllənin yoluna şlaqbaum qoydu – Fotolar

31-07-2019, 20:05           
Azərbaycanda məmur özbaşınalığı: məhəllənin yoluna şlaqbaum qoydu – Fotolar
Pirşağıda məmur özbaşınalığı bu dəfə özünü fərqli şəkildə biruzə verib . Evinin qarşısının toz olmasını və avtomobillərin səsindən narahat olmaq istəməyən şəxs əraziyə qanunsuz olaraq şlaqbaum qoydurub. Bu barədə məlumatı jurnalist Samirə Səfərəliyeva sosial şəbəkədə paylaşıb:

“Bu şəkillərə diqqətlə baxın və bu özbaşınalığa kim tərəfindən yol verildiyinə aydınlıq gətirməyimizə yardımçı olun.

Məlumat üçün bildirim ki, bu fotolar Pirşağıda çəkilib. Şlaqbaumla yolu bağlayan isə hələlik adını dəqiqləşdirə bilmədiyimiz məmurdur. Təsəvvür edin, evinin qarşısından keçən ümumi yolu bu adam 100 metrlik məsafədə özəlləşdirərək oradan avtomobillərin hərəkətini tam dayandırıb. Nəticədə o yolu getməyə məcbur olan sadə əhali bildiyiniz “qruntovoy”la üçqat artıq məsafə qət etməli olur ki, bu hələlik naməlum oliqarxın qapısına toz qonmasın.

Üstəlik, adamda yumor hissi də güclüdür, şlaqbaumun düz yanında təmir gedən yollarda quraşdırılan üzrxahlıq lövhəsi də qoyub! Ərazidə müşahidə apararkən burada heç bir tikintinin aparılmadığına da əmin olduq, yalnız evin körpələrinə xidmət edən dayələr gəzirdi burada. Çox maraqlıdı, ölkə başçısının sadə insanların sosial problemlərinə maksimum həssaslıq göstərdiyi bir vaxtda onlara əsl zülm yaşadan bu “qurd ürəyi yemiş” kimdi?”.

Dənizimizi hasara alanlar indi də yollarımıza əngəl qoyular.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru