ÜST-nin baş iqtisadçısı: "Bəzi dərmanlarla təminat da icbari tibbi sığorta paketinə daxil olmalıdır"

1-08-2019, 16:52           
ÜST-nin baş iqtisadçısı: "Bəzi dərmanlarla təminat da icbari tibbi sığorta paketinə daxil olmalıdır"
Azərbaycanda dərmanlarla təminat da icbari tibbi sığorta paketinin xidmətlər paketinə daxil olmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

O qeyd edib ki, ilkin olaraq 20-30 adda dərman bu paketə daxil ola bilər: "Bu dərmanlar ilkin səhiyyə xidmətlərinə aid olmalıdır. Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər. Lakin bununla bağlı hesablama aparılmalıdır".

M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru