Tovuz təhsil şefi işdən çıxarıldı – Özəl

18-08-2019, 15:05           
Tovuz təhsil şefi işdən çıxarıldı – Özəl
Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova vəzifəsindən azad olunub. Bu barədə Reportyor.info-ya verilən məlumata görə, V.Hüseynovanın yerinə hələlik təyinat olmayıb.

Onun işində yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarıldığı xəbər verilir. Tovuzun sabiq təhsil şefinin adı müxtəlif neqativ hallarda, rüşvət qalmaqallarında, müəllimlərdən pul yığılmasında hallanırdı.

Hüseynova Validə Süleyman qızı 12 oktyabr 1962-cı ildə Tovuz rayonunda anadan olmuş, 1980-ci ildə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbini bitirmişdir. 2012-ci ildən hal hazıra kimi Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru