Fəhlələr "Azimport"dan "Azimport" isə SOKAR- dan şikayətçidirlər. - ŞİKAYƏT
23-11-2015, 13:37
Bu müraciətlə 500-dən artıq fəhlə ölkə başçısına müraciət edib. TİA.AZ-a məktub göndərən fəhlələr 8 aydan çoxdur ki əmək haqlarını ala bilmədiklərini deyirlər.
Müraciət müəllifləri - İsayev Əsədxan, Əliyev Namiq, Rəhimov Rövşən, Əliyev Elman, Fətullayev Sadiq, Nuralıyev Araz, İsayev Saməddin və ümumilikdə 139 fəhlə böyük bir korrupsiyanın üstünü açıblar.
Fəhlələr onların pulunu mənimsəyən "Azimpor"t şirkətinin haqsız əməli haqda bütün instansiyalara müraciət etiklərini deyirlər:
"Bizim müracəti heç vaxt diqqətdə saxlamayıblar. Banklara kredit borclarımız var, ailəmizin dolanışığının, komunal xərclərin öhdəsindən gələ bilmirik” – deyilir müraciətdə.
Daha sonra Azimport şirkətinin prezidenti Azər Əsgərovun və onun müavinlərinin fəhlələri saymaması müraciətdə öz əksini tapır. Ünvanlanan müraciətdə Azimport tərəfindən böyük bir korrupsiya əməlinin də üstü aşkarlanıb:
"Cənab prezident, Bayıl qəsəbəsi tərəfdə "Şanxay” adlanan ərazidə apardığımız təmir və yenidənqurma işlərində bizə çatacaq pulların keçirilən idman oyunlarına xərcləndiyini dilə gətirirlər.
Biz bilirik ki, bu yanlışdır. İşin sifarişçisi "SOCAR” olsa da bizimlə danışığı Azimport aparıb. Azimport podratçı təşkilat kimi işi götürüb.
Socarın tikinti üzrə şöbə rəisi Səməd müəllim, bu iş üçün ödənildiyini desə də bizə qəpik quruş ödənilib. Fəhlələrə çatacaq 870.000 manatdan bəhs olunmur.
Azər Əsgərov mətbuata açıqlama verib ki bu iş üçün podratçı təşkilat olaraq fəhlələrə maliyyə işləri üzrə müavini Rauf Qasımov tərəfindən 2.200. 000 dən çox pul verdiyini deyir. Rauf Qasımov isə həmin pulu Əli Əsədov və Azər Əsgərovun şəxsi lahiyələrinə xərclədiyini deyir.
Cənab prezident, daima vətəndaşlarınızın maraqlarını müdafiə etmisiz, korrupsiyaya bulaşan nazır və digər dövlət məmurlarını cəzalandırmısız. Cənab Prezident, sizə and veririk bir olan Allaha bizə kömək edin. 7 aydan çoxdur ki əmək haqlarımızı ala bilmirik”.
P.S. teref.az olaraq "Azimport" şirkətinin Bakı şəhərində apardığı lakin yarımçıq qalmış təmir işləri ilə bağlı şikayətlər var. teref.az bununla bağlı "Azimport" şirkətinin direktoru Raqif Həbibov cənablarına müraciət etdik. Ondan alrığımız cavabı sizə təqdim edirik;
"Bəli bizim fəhlələrə əməkhaqqı borcumuz var.Bəli təmir işləri görməliyik. Lakin biz gördüyümüz işlərin pulunu "SOKAR" şirkətindən ala bilmirik ki, həm fəhlələrin pulunu verək, həmdə yarımçıq qalmış təmir işlərinə yekun vuraq. Btün bu işlər bağlıdır SOKAR-ın bizə borclu olduğu pulu nə zaman köçürəcəyindən."
Beləliklə SOKAR bu qədər fəhləni ac qoyur. Qarşıdan gələn söyuq qışda isə SOKAR-ın səbəbindən damları qəzalı olan evlərdə yaşayanlar isə Tanrı ümidinə qalırlar.teref.az/