Böhran daha bir bankımızı "vurdu"... - Kütləvi ixtisarlar gözlənilir...
25-11-2015, 20:58
“Access bank”da kütləvi ixtisarlar başlanır. Ölkənin maliyyə və bank sektorunda müşahidə olunan böhran bir neçə bankı ixtisarlara məcbur edib.
TİA.AZ-a verilən özəl məlumata görə, “Access bank”ın 400-ə yaxın işçini çıxarmalı olacaq. Hazırda bankın 2184 nəfər işçisi var.
Onların işlət təmin olunacağı gözlənilmir. Yalnız iki aylıq maaş kompensasiya şəklində ödəniləcək. Bu ixtisarların başqa banklarda da olacağı xəbər verilir. “Access bank” bu addımı atmaqla mərkəzləşdirilmiş sistemə keçir.
Bank faizlərini aşağı sala bilməyən rəhbərlik çıxış yolunu işsizlər ordusu yetişdirməkdə görür. Qeyd edək ki, qeyri-rəsmi olaraq bank müdirlərinə tapşırıq verilib. Heç bir halda bank faizləri aşağı salına bilməz.