Bu gün Sumqayıt şəhəri, məhəllə 76-da yerləşən ailəvi yataqxananın bir qrup sakini şəhərin əsas girişini bağlayıb.
Xatırladaq ki, dünən 50-yə yaxın qadın binalarının yararsız halda olması və ən əsası, binanın elektrik və su naqillərinin bərbad halda olması səbəbi ilə Sumqayıtın əsas girişini bağlamışdılar. Şikayətlərinə baxılmadığını deyən sakinlər bu gün yenidən etiraz aksiyasına başlayıblar.
teref.az aznews.az-a istinadən hadisə yerindən çəkilən videonu təqdim edir. [media=https://www.youtube.com/watch?v=vkyhzLGfuoo]