Yüksək rütbəli məmurun qohumu həbs edildi - Bakıda

27-11-2015, 11:23           
Yüksək rütbəli məmurun qohumu həbs edildi - Bakıda
Bir neçə gün əvvəl məlumat yayıldı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15650 ədəd həb formasında olan dərman preparatlarını 10000 manata satarkən saxlanılıb.

teref.az azadliq.info-ya istinadən xəbər verir ki, onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb. “Afrika şiri”, “Herakl” və onlarla belə həblər Çin təbabəti əsasında hazırlanan potensiya aktivatorudur. Stress, əsəbilik, nevrostraniya hallarını aradan qaldırmağa da kömək edir.
Saxlanılan Bəxtiyar Əliyev dərmanları necə əldə etməsindən danışıb: “Getmişdim Çinə, eşitdim ki, dərman preparatları Azərbaycanda bahadır, orda ucuz. Bir Iran vətəndaşı vardı, tanış olduq. Gördüm dərmanlar 1 manat 50 qəpikdir, aldım. Dedim, keçirə bilərsən? Dedi, hə. Gəldik bura, 4000 dolar verdim Iran vətəndaşına, getdim götürdüm”.

Faktla bağlı Baş İdarənin Istintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“Azadlıq”a daxil olan məlumatlara görə, Bəxtiyar Əliyev yüksək məmurlardan biri ilə qohumdur. İddia olunur ki, həmin məmur “Azal”ın prezidenti Cahangir Əsgərovdur və Bəxtiyar Əliyev onunla bacanaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru