Səfər Əbiyevin oğlu hansı nazirlikdən aylıq paket alır?

27-11-2015, 14:13           
Səfər Əbiyevin oğlu hansı nazirlikdən aylıq paket alır?
Son vaxtlar sabiq nazirlərlə bağlı baş verənlər daha öncədən işdən çıxarılan nazirlərlə bağlı da məsələni gündəmə gətirib. Belə nazirlərdən biri də işdən çıxarılandan sonra xeyli kadrı həbs edilən sabiq müdafiə naziri Səfər Əbiyevdir. Hazırda sabiq nazirin harada olması və nə işlə məşğul olması bəlli deyil. Amma Gunxeber.com-a məlum olub ki, sabiq nazirin oğlu Osman Əbiyevi vergilər naziri Fazil Məmmədov qanadının altına alıb. Saytımıza daxil olan məlumatda bildirilir ki, O.Əbiyev hazırda Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentində rəsi müavini vəzifəsində çalışır. Bununla bağlı redaksiyamıza məlumat verən mənbə daha sonra xəbəri belə davam etdirir: “Vergi Cinayətləri Departamentinin rəis müavini olan Osman Əbiyev hər ay nazirlikdən 3500 manat paket alır. Heç bir iş görmür, ancaq kabinetində çay içməklə məşğuldur. Görəsən doğurdanmı Səfər Əbiyevin oğlu 3500 manatlıq paketə möhtacdır”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru