NIKOIL | Bankın Məlumat Mərkəzi – təcili bank dəstəyi

28-11-2015, 11:29           

NIKOIL | Bankın Məlumat Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Bank məsələləri ilə bağlı sualı olan hər bir şəxs səlahiyyətli mütəxəssislər tərəfindən NIKOIL | Bank –ın ümumi fəaliyyəti, fiziki və hüquqi şəxslər üçün xidmətlər, məhsullar və qüvvədə olan aksiyalar barədə operativ məlumatı əldə edə bilərlər. NIKOIL| Bankın Məlumat Mərkəzinin iş rejimi 09:00-dən 19:00-dəkdir.
Qeyd etmək lazımdır ki, bu yaxınlarda vaxtlarda NIKOIL | Bank xidmət səviyyəsinin keyfiyyətini artırmaq məqsədilə yeni xidmət növünü təqdim etmişdir. Bankın müştəriləri hər hansı bir məhsul və ya xidmətlə bağlı təklif, irad və istəklərini (012) 981 qısa nömrəsinə zəng edib, əlavə olaraq 8000 yığmaqla öz fikirlərini bildirə bilərlər. Səsli mesaj vasitəsilə edilən avtomatik qeydiyyatdan sonra bankın müraciətlərlə iş üzrə xüsusi qrupunun əməkdaşları bu və ya digər təklif, şikayət və iradlarla bağlı bütün müraciətlərə baxılma müddəti barədə müraciət edənləri geri zəng vasitəsilə məlumatlandıracaq. Qeyd olunan xidmət növü həftəsonlarını da nəzərə almaqla günboyu fəaliyyət üçün nəzərdə tutulub..

Xatırladaq ki, bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoyl Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq almaq mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.