Saatlıda icra başçısı təşvişə düşdü, qəzetləri yasaqladı

29-11-2015, 01:26           

Saatlıda «Gündəm-xəbər” qəzetinin satışı yasaqlanıb. JAM.AZ-ın məlumatına görə, rayon icra hakimiyyəti yayım firmalarına bu barədə təlimat verib. Rayon icra başçısı Siraqəddin Cabbarov "Azərmətbuatyayımı" ASC və "Qaya" MMC yayım firmalarından "Gündəm Xəbər" qəzetini satış nöqtələrindən yığdıraraq, icra hakimiyyətinin binasında gizlətdirib.
Buna səbəb noyabrın 27-si sayında çap olunan məqalədir. "ŞOK: Saatlıda liseyin direktoru vəzifəsi 30 min manata satılır" başlıqlı tənqidi məqalə rayon rəhbərliyini narahat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru