Azərbaycanda daha bir şirkət parçalanır – ƏSAS SƏHMDAR TƏRK EDİR

16-10-2019, 09:52           
Azərbaycanda daha bir şirkət parçalanır – ƏSAS SƏHMDAR TƏRK EDİR
Azərbaycanda daha bir şirkətin əsas səhmdarı əmlakını da götürərək şirkəti tərk edir.

FED.az xəbər verir ki, “Qala-STB” ASC səhmdarlarının 28 noyabrda keçiriləcək ümumi yığıncağında əsas səhmdarın müraciəti ilə “Qala-STB” ASC-nin əmlakından ayrılaraq bölünməsi məsələsi müzakirə ediləcək.

Bundan başqa, iclasda

- “Qala-STB” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölünmə balansına uyğun olaraq əsas səhmdar və cəmiyyət arasında bölünməsi məsələsinin müzakirəsi.

- “Qala-STB” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölgüsü ilə əlaqədar tərtib olunmuş bölünmə balansını və təhvil-təslim aktını imzalamaq səlahiyyətinin cəmiyyətin sədrinə həvalə edilməsi məsələsinin müzakirəsi.

- Əsas səhmdarın “Qala-STB” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnamə kapitalının həcminin və səhmdarların nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.

- Əsas səhmdarın “Qala-STB” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin dövriyyədən çıxarılacaq səhmlərinin miqdarının müəyyən edilməsi.

- Əsas səhmdarın “Qala-STB” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə edilən əlavə və dəyişikliklərin müzakirəsi.

- Əsas vəsaitlərin inventarlaşdırılması, müstəqil auditorun rəyinin, maliyyətəsərrüffat fəaliyyətinin müzakirəsi nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.