Vəkil: Məktubda rəisin rütbəsini göstərmədiyim üçün məhkumla görüş verilmədi

17-10-2019, 00:06           
Vəkil: Məktubda rəisin rütbəsini göstərmədiyim üçün məhkumla görüş verilmədi
“Belə absurd münasibətlər olan cəmiyyətdə yaşayırıq”

Vəkil Elçin Sadıqov həbsdə olan “realinfo.az” saytının baş redaktoru İkram Rəhimovla görüş ala bilməyib.

Buna səbəb kimi vəkilin görüş barədə məktubunda Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun rütbəsini göstərməməsi olub.

Vəkilə bu barədə Penitensiar Xidmətdən bildiriblər.

Elçin Sadıqovun sözlərinə görə, bununla bağlı göstərilən səbəb absurddur:

“İlk dəfədir ki, bu cür hadisəylə rastlaşıram. Penitensiar Xidmətin cavabında qeyd olunub ki, məktubda “AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənova” yazmışam və bildirilib ki, əslində “AR Ədliyyə nazirinin müavini, Ədliyyə general leytenantı cənab Ceyhun Həsənova” yazmalıydınız. Belə absurd münasibətlər olan cəmiyyətdə yaşayırıq”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, rəsmi şəxslərə müraciət qaydası var və buna əməl olunmalıdır.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. Baş redaktor ittihamları rədd edir.

İ.Rəhimov 5,6 il azadlıqdan məhrum edilib.

Onun 29 günlük aclıq aksiyasından sonra, bu ilin sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi cəzasını 3 ilə endirib.
aztoday.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru