Taleh Bağırovun müavininin apellyasiya şikayətinə baxılıb

30-11-2015, 19:41           
Taleh Bağırovun müavininin apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.

“Report”un xəbərinə görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Bakı şəhər sakini Elçin Qasımov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən həftə Nardaranda Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.