Apteklərdən də gzilicə haqq alırmışlar - VİDEOLAR

1-12-2015, 11:46           
Apteklərdən də gzilicə haqq alırmışlar - VİDEOLAR
18 noyabrda qafqaznews.az saytı “Vaxtı keçmiş dərmanla milləti zəhərləyən Elnur həbsxanadan necə çıxdı?” başlıqlı məqalə dərc edib. Məqalədən bəlli olur ki, redaksiyanın əməkdaşları keçirdikləri reydlər zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışını aşkar ediblər. Belə apteklərdən biri də Nərimanov rayonu ərazisində Azadlıq prospekti 235 C ünvanında yerləşən “Elnur” aptekidir ki, burada dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır.

Sonrakı araşdırmalar zamanı bəlli olub ki, “Elnur aptek”lər şəbəkəsinin sahibi olan Elnur təkcə psixotrop dərmanların deyil, həm də saxta dərmanların satışı üzrə Azərbaycanda ad çıxardıb. Belə ki araşdırma nəticəsində dəqiq müəyyən edilib ki, Elnur hələ 2002-ci ildə daha dəhşətli əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin il Elnurun rəhbərlik etdiyi aptek müdirlərindən və mətbəə işçilərindən ibarət böyük bir dəstə həbs olunaraq “Bayıl türməsi”nə göndəriliblər. İttiham aktında dəstənin başçısı Elnur və Ümid saxta dərmanların topdan satışını təşkil edən şəxslər kimi qeyd olunur. Həmin dəstə üzvləri sırasında şamaxılı Qail, beyləqanlı Eyvaz və başqaları da vardı. Qısaca bildirək ki, bu cinayətkar dəstə vaxtı keçmiş dərmanları əhaliyə satmaq üçün mətbəələrdə saxta içlik və üzərində saxta tarix olan qutulara doldururdular. Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururdular.

Bir ildən çox Bayıl həbsxanasında həm istintaq dövrünü, həm də məhkəmə istintaqını yola verdikdən sonra, “möcüzə” nəticəsində Elnur ən yüngül cəza ilə canını qurtara bildi. Dəstənin digər üzvləri isə “zon”lara göndərildi. Qafqaznews.az-da məqalə dərc olunandan sonra özünü Elnur İskəndərovun qardaşı kimi təqdim edən İlqar adlı şəxs redaksiyaya zəng elədi. İlqarın sözlərinə görə, onun qardaşı saxta dərman hazırlayan dəstənin başçısı olmayıb: “ Mənim qardaşımı MTN-nin keçmiş başçısı Eldar Mahmudov və onun şəriki, hazırda həbsdə olan Nazim Lətifov şərləmişdilər”. Müxbirimizin “ Necə?” sualına İlqar belə cavab verdi: “ Mənim qardaşım onlara rüşvət verməkdən imtina elədiyi üçün”. Müxbirimizin “ Qardaşınız necə həbs olundu?” sualına İlqarın cavabı belə oldu: “ Azərbaycanda saxta dərmanlar hazırlayan cinayətkar dəstə var idi. Bu dəstənin başçısı Nazim Lətifova tabe idi. Bu cinayətkarlar mənim qardaşıma məxsus aptekin adminstratorunu ələ ala bilmişdilər ki, saxta dərman satsın. Bu ortaya çıxanda Nazim Lətifov mənim atamdan rüşvət tələb etdi”. Ancaq qardaşım rüşvət verməkdən imtina elədi”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.