Nazirin Neftçalada xəzinəsi tapıldı, ortada general adı da var

1-12-2015, 13:47           
Nazirin Neftçalada xəzinəsi tapıldı, ortada general adı da var
abiq nazirin üç balıq vətəgəsi aşkarlanıb, dambadakı nərələri qısa müddətdə tutub, satışa çıxarıblar, işin bir ucu deputat Əliağa Hüseynova qədər uzanıb
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Neftçalada balıq vətəgələri üzə çıxıb. Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, sabiq nazir işdən çıxarılandan bir neçə gün sonra Neftçaladakı 3 dambanın suyu azaldılıb və oradakı nərə (el arasında ağ balıq kimi tanınır-red.) balıqları çıxarılaraq, satılıb. Mənbə bildirir ki, qısa müddətdə dambalardakı bütün balıqların hamısı torlu tutulub. eliabbasTutulan balığın böyük bir qismi ayrı-ayrı şəxslərə satılsa da, 3 tonu faktiki olaraq Salyanda yerləşən iri refrejatorlarda yerləşdirilib.
Mənbə bildirir ki, Əli Abbasovun balıq biznesinə nəzarət edənlər hazırda 3 ton nərə balığının hər kilosunu topdan 25 manata satırlar. Və hər kq-da 2 manat alıcıya güzəştə də gedirlər. Məlumatların içində diqqəti çəkən bir başqa məqam isə deputat Əliağa Hüseynovun da işdə adının hallanmasıdır. Mənbə iddia edir ki, Salyandakı refrejatorlar deputat Əliağa Hüseynovundur və onun Əli Abbasovla biznes ortağı ola biləcəyi ehtimalları var. tQeyd edilir ki, sabiq nazirlə xeyli əvvəldən tanışlığı olan deputatın Neftçaladakı dambalarda da şərikliyinin ola bilmə imkanları istisna edilmir. Belə bir qənaətə gəlinməyin səbəbi isə odur ki, Əli Abbasovun dambalarından çıxarılan balıqların satışını Əliağa Hüseynovun yaxın adamları həyata keçirirlər. (JAM.az)

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.