Azərbaycanda millət vəkili 1.4 milyona torpaq satır? - FOTOLAR

7-11-2019, 11:06           
Azərbaycanda millət vəkili 1.4 milyona torpaq satır? - FOTOLAR
Millət vəkili, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Gənclik metrosu yaxınlığında, "Milyonerlər məhəlləsi" adlandırılan ərazidə 5 sot torpaq sahəsini satışa çıxarıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalistin sözlərinə görə, millət vəkili torpaq sahəsinə 1,4 milyon manat qiymət qoyub. Ərazi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub.

Sabir Hacıyevin oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru