Şəhid ailəsi və əlilliyi olan şəxslərə - Sahil Babayev

13-11-2019, 18:13           
Şəhid ailəsi və əlilliyi olan şəxslərə -  Sahil Babayev
“2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.
Teref.az APA-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: “Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.
Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfər qalacaq: “Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru