"Evimin qəzalı olması ilə bağlı akt tərtib olunub, ancaq baxan yoxdur" - VİDEO

17-12-2019, 10:20           
"Evimin qəzalı olması ilə bağlı akt tərtib olunub, ancaq baxan yoxdur" - VİDEO
Bu il fevral ayının 5-dən 6-a keçən gecə Ağsuda baş vermiş zəlzələdə evi ciddi xəsarət almış Ağsu sakini səlahiyyətli qurumlardan şikayətçidir.
Yeniavaz.com xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində həyat yoldaşı və 3 övladı ilə yaşayan Rüstəmov Şamo Fazil oğlu, zəlzələdən sonra rayon icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Mirəli Qurbanov, “Taleh TT” MMC-nin iş icraçısı Mürsəl Gülməmmədovla birgə evə baxış keçirib. Bu zaman bəlli olub ki, ev qəzalı vəziyyətdədir və təmiri qeyri-mümkündür. Adıçəkilən şəxslər və ev sahibi bu barədə AKT tərtib ediblər və imzalayıblar. Lakin R. Şamo bildirir ki, o tarixdən etibarən heç kim onun “qapısını açmayıb”.

O, məsələ ilə bağlı video-müraciət yayımlayıb və səlahiyyətli şəxslərin məsələyə diqqət göstərməsini tələb edir. Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı Ağsu rayon icra hakimiyyətinin aidiyyatı şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da bütün zənglərimiz cavabsız qaldı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru