Vətəndaş nazirdən 1000 manat pul istədi... - Rüşvət verə bilməsi üçün...

9-12-2015, 12:44           
Vətəndaş nazirdən 1000 manat pul istədi... - Rüşvət verə bilməsi üçün...
Son günlər Cəlilabad Sosial Müdafiə Mərkəzi (SMM) ilə bağlı mütəmadi olaraq şikayətlər daxil olur. Sözügedən qurumdan şikayətçi düşənlərdən biri də Cəlilabad rayonunun, Adnalı kənd sakini Natiq Alguşad oğlu İbadovdur.

Natiq İbadov JAM.AZ-a göndərdiyi məktubunda qeyd edir ki, 2015-ci ilin mart ayından etibarən Cəlilabad rayon SMM-in yeni direktor Azər Mirzəxanlı və işçisi Ziya Muradzadə ona ünvanlı sosial yardım almağa imkan vermirlər. «Ötən 9 ayda dəfələrlə cənab Azər Mirzəxanlının qəbulunda olaraq, qanun çərçivəsində ailəmizi ünvanlı sosial yardım verilməsində müvafiq kömək etməsini xahiş etsəm də, ona rüşvət verməyə pulum olmadığı üçün boş vədlərdən başqa heç bir köməklik görməmişəm. Xatırladım ki, bu gün Cəlilabad rayonunda ünvanlı yardım alanların böyük əksəriyyətinin maddi imkanı ən yüksək səviyyədədir. Bir neçə dəllallar vasitəsilə 500 manatdan 1000 manat arasında rüşvət müqabilində sosial yardım almaq mümkündür. Bu məsələlərə Ziya Muradzadə və atası Mirhəbib Muradov baxır. Bu neqativ halların icra məkanı isə Mirhəbib Muradova məxsus çayxanadır».

Cəlilabad sakini Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova da müraciət edərək, ondan yardım istəyib. Lakin bu yardımistəmə olduqca unikal bir formadadır: «Cənab nazir, ya qanunların aliliyini bərpa edin, ya da mənə 1000 manat pul göndərin ki, mən də dəllallar vasitəsilə Azər Mirzəxanlıya verib, dövlətin qayğısından bəhrələnərək, ünvanlı sisial yardım ala bilim».

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.