Binəqədi İcra hakimiyyəti şəhid ailəsinin işini müşkülə salıb - Prezidentə şikayət ŞİKAYƏTFOTOLAR
10-12-2015, 14:09
teref.aznun poçtuna şəhid ailəsinin Binəqədi icra hakimiyyəti tərəfindən necə get gələ salınması və Azərbaycan Prezidentinin fərdi ev tikintisinin tikilməsi qaydalarını nə qədər sadələşdirsədə məmurların buna məhəl qoyulmaması ilə bağlı şikayət daxil olub. Şikayəti sizə təqdim edirik:
Azərbaycan Respublikasinin
Prezidenti cənab Ilham Eliyevə
Agstafa rayonu Eynalli kənd sakini
Qəribov Elsevər Agamir oglu
tərəfindən
Ərize
Yazib nəzərinizə catdirmaq istəyirəm ki, səhid ailəsi olsaqda Agstafa rayon Eynalli kəndində ev tikintisi ucun bizə torpaq sahəsi ayrilmayib. Ailədə beş uşaq olmuşuq, iki baci, uc qardaş. Böyuk qardaş Eldeniz Qəribov 1997-cu ildə Qarabag doyuslərində 701 saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Kicik Rövsen Agstafa rayonunda bu gündə Vətənini qorumaq üçün xidmətdən əlavə xidmətdədir.Mən Qəribov Eısevər Ağamir oğlu 1997- ci ildən Baki şəhəri neft donanmasinin gəmilərində calisiram .2010 -cu ildən Biləcəri qəsəbəsində kirayə yasayiram. Üç körpə uşağim var. 2010cu ildən Biləcəri qəsəbəsi yeni massivində ev tikintisi ucun 225 kv/m torpaq sahəsi almisam. Sənədlərin müəyyən qədər qaydasindadir. Dəfələrlə Binəqədi Rayon Icra Hakimiyyətinə muraciət etmisəm, amma sizin şəhid ailələrinə gostərdiyiniz qaygilara ve tikintinin sənədlərin asanlasdirilmasina baxmayaraq, Bineqedi Rayon Icra bascisi mənə ev tikməyə icazə vermir. Xahis edirəm mənə öz koməyinizi gostərəsiniz
Qəribov Elsevər Ağamir oğlu.
elaqe:070-246-38-38
050-346-38-38
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!