Baytarlıq Xidməti rəisinə ittiham: “Bizə zorla ərizə yazdırırlar”

11-12-2015, 18:02           
Baytarlıq Xidməti rəisinə ittiham: “Bizə zorla ərizə yazdırırlar”
Dekabrın 11-de BMM-de Dövlət Baytarlıq Xidmətinin Ümumi sektorunun müdiri Eldəniz Zeynalov, xidmət aparatının baş mütəxəssisi Səbinə Sadıqova və xidmətin böyük məsləhətçisi, üçüncü dərəcəli dövlət qulluqçusu Zemfira Kazımova qanunsuz işdən çıxarılmaları ilə bağlı mətbuat konfransı keçirib. Cebhe.info-nun məlumatına görə, Eldəniz Zeynalov bildirib ki, qurumun müvəqqəti rəisi vəzifəsini icra edən Azər Süleymanov onunla birlikdə digər əməkdaşları iş otağına çağırıb və işdən getməli olduqlarını bildirib: “Heç bir nöqsanım olmadığı üçün işdən nəyə görə getməli olduğumu soruşdum. Heç bir səbəb göstərə bilmədi.

Dedim ki, 42 ildir burada dövlət qulluqçusuyam, həm də ən yüksək ixtisas dərəcəm var, işdən çıxmaq üçün ərizə yazmayacağam. Buna görə də Azər Süleymanov nazirə təqdimat yazdı ki, ümumi sektoru başqa bir sektorla birləşdirək, bir sektor yaradaq. İyun ayında təzə struktur yaradılmışdı, mən də orda sektor müdiri kimi işləyirdim. İşdən getmədiyim üçün sektoru birləşdirib digər sektoru saxladı. DBNX-da aparılan struktur islahatı ilə əlaqədar olaraq ümumi sektor ləğv olundu. “Dövlət qulluğu haqqında” qanunun 21-ci maddəsində göstərilir ki, kim dövlət qulluğundadırsa, üstünlük ona verilməlidir. Lakin buna məhəl qoymadılar.

Bununla bağlı Prezident Aparatı, Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Kənd Təsərrüfatı Nazirliyinə ərizə ilə müraciət etmişik. Lakin bunlara məhəl qoymurlar, ərizələrə cavab da vermirlər”. Qeyri-qanuni olaraq işdən uzaqlaşdırdığı üçün məhkəməyə müraciət edəcəklərini deyən şikayətçilər yanvarın 1-nə qədər tutduqları vəzifədən azad olunacaqlarını deyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.