Zərdabda maaş skandalı: 500 işçi 3 aydır, əməkhaqqı almır

13-12-2015, 22:13           
Zərdabda maaş skandalı: 500 işçi 3 aydır, əməkhaqqı almır
Zərdab Rayon Mədəniyyət Şöbəsinin 500-dən çox işçisi 3 aydır ki, maaş ala bilmir.

Bu barədə Arqument.Az-a rayon sakinləri məlumat vetiblər.

Onların sözlərinə görə, rayon rəhbərliyi də problemlə maraqlanmır: "İcra hakimiyyəti deyir ki, Maliyyə Nazirliyi pulları rayonun büdcəsinə köçürmür. Biz də 3 aydır, maaş almırıq. Mədəniyyət Şöbəsinin müdiri isə hər dəfə söz verir, amma nəticə yoxdur".

Sakinlər bildirirlər ki, rayon rəhbərliyi büdcə işçilərinin maaşını mənimsəyir. Amma bunu hansı yollarla etdikləri müəmmalıdır. Vətəndaşları isə qorxudurlar ki, etiraz edənlər ümumiyyətlə işdən qovulacaq.

Qeyri-iş günü olduğundan sözügedən qurumların mövqeyini öyrənə bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru