Rusiyadakı əmək miqrantlarının Azərbaycana göndərdiyi pul iki dəfə azaldı – BÖHRAN ƏLAMƏTİ
14-12-2015, 13:25
Rusiyadakı iqtisadi böhran nəticəsində MDB respublikalarından bu ölkəyə qazanc dalınca gedənlərin vətənlərinə göndərdikləri pulların həcmi də kəskin azalıb. Virtualaz.org saytı Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin 9 ayı ərzində azərbaycanlı əmək miqrantlarının Azərbaycandakı yaxınlarına göndərdikləri pulların məbləği cəmi 272 milyon dollar təşkil edib. Ötən il isə bu məbləğ 456 milyon dollar idi. Bu, sürətli pul köçürmələri əsasında qeydə alınmış statistikadır. Məlumata görə, Özbəkistan vətəndaşlarının Rusiyadan vətənlərinə göndərdikləri pul 2 milyard 6 milyon dollar olub. Ötən il bu məbləğ 4 milyard dollardan çox idi. Taciklər isə Rusiyadan vətənlərinə 1.24 milyard dolla göndəriblər. Ötən il bu rəqəm 2.37 milyard dollar olub.