Başlandı : Bakının mərkəzində 1000 ev və obyekt SÖKÜLƏCƏK

16-12-2015, 14:23           

Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin azad və maneəsiz hərəkətini təmin etmək üçün "Azəryolservis" bir sıra layihələri həyata keçirir. Belə layihələrdən biri də Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək. Hazırda enləri 8-9 metr olan küçələrin eni rekonstruksiyadan sonra 15 metrə bərabər olacaq. İnşaat zonasına düşən bütün yaşayış binaları və qeyri-yaşayış tikililərinin sökülməsi nəzərdə tutulub. Proses artıq başlanıb.İşlərin nə zaman başa çatacağı bəlli deyil. Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq yollanıb. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək. Kompensasiya evin və ya obyektin sənədlərinin olub-olmamasına rəğmən ödənir. (day.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru