Mingəçevirdə "Aydın Mirzəzadə" adlı rəzalət... - Bu qədər ağ oldu, cənablar...

12-02-2020, 10:02           
Mingəçevirdə "Aydın Mirzəzadə" adlı rəzalət... - Bu qədər ağ oldu, cənablar...
9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutdu. İki gün keçməsinə baxmayaraq seçkilərin nəticələri hələ də müzakirə mövzusu olmaqda davam edir.
Məsələ burasındadır ki, parlamentin buraxılması xalqı ümidləndirmiş, gələcəyə nikbin baxmağa sövq eləmişdi. Lakin nəticələr elan olunandan bu günə qədər mediada və sosial şəbəkələrdə xalqın münasibəti açıq-aydın görünür. Məsələ burasındadır ki, YAP-ın namizədlərinin bəzilərinə görə ümumi seçki mühiti tənqid olundu, xalq arasında ölkədə aparılan islahatlar dalğasına inam itirildi. 17 yanvardan başlayan təbliğat, təşviqat kampaniyasında ən çox haqlı olaraq söyülən, tənqid olunan, qovulan deputatlar Aydın Mirzəzadə və Hadı Rəcəbli oldu. Aydın Mirzəzadə 20 ildir ki, 47 Saylı Mingəçevir Seçki Dairəsindən namizəddir. Ancaq bu illər ərzində o seçkildiyi dairəsinin insanlarına qarşı soyuq, laqeyid münasibət bəsləmiş, problemləri ilə maraqlanmamış, hətta zaman-zaman bəzi iş adamlarından borc pul alaraq qaytarmamışdır. Əvəzində isə Mingəçevirdə 2 şadlıq sarayı inşa etmiş, 12 obyekt, Bakıda isə 4 obyekt və digər mülklərə sahib olmuşdur. Bütün bunlar isə problemlər içində boğulan Mingəçevir əhalisinin ona münasibətini formalaşdırmış, qəsəb və nifrətini qazanmışdır. Mingəçevir şəhərindən 20 ildir deputat seçilən Aydın Mirzəzadə 20 nəfərin səsini qazanma şansı belə yoxdur. Məhz bu səbəbdən o, seçkilərdə bəzi məntəqələri satın alaraq açıq saxtakarlıq edir və cuzi fərqlə yenidən deputat seçilmə şansını qazanır. Eyni zamanda başqa namizədlərin bülletenləri də onun bülletenlərinə qatılaraq ciddi fərqlər yaradılıb. Aydın Mirzəzadə ilə bağlı hazırladığımız video icmalı təqdim edirik://afn.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.