Ziya Məmmədovun oğlunun layihəsi Rövnəq Abdullayevə verildi

17-12-2015, 12:06           
Ziya Məmmədovun oğlunun layihəsi Rövnəq Abdullayevə verildi
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun layihəsi neft şirkətinin prezidenti Rövnəq Abdullayevə verilib. Söhbət amerikalı milyarder Donald Trampın adı ilə bağlı olan “Trump Touers Baku” layihəsindən gedir. Bu layihəni “Qarant Holdinq” həyata keçirirdi. Məlumata görə, Anar Məmmədov təkcə bu ada görə Donald Trampa 2 milyon 500 min manat ödəyib. Bundan başqa Donald Tramp da bu layihəyə ortaq olub. Lakin o, layihənin maliyyələşməsinə heç bir yardım etməyib. Layihənin bütün maliyyəsini “Qarant Holdinq” üzərinə götürüb.
Avropa Oyunlarından əvvəl isə “Qarant Holdinq” maliyyə ayırmağı dayandırıb. İşçilərə bildirilib ki, oyunlardan sonra yenidən maliyyə vəsaiti ayrılacaq. Lakin “Qarant Holdinq” verdiyi vədi yerinə yetirməyib. Əksinə, işçilər ixtisara salınıb və onlara bildirilib ki, layihə dayanıb. İstiqlal.az-a daxil olan məlumata görə, hökumət bu layihəni davam etdirmək istəyib və bütün işlər Rövnəq Abdullayevə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru