Suraxanı OİL Operation Company S.A -dan şikayət var

17-12-2015, 15:14           

Çalışdığım Suraxanı Qaz İstismar sahəsi Suraxanı OİL Operation Company S.A-nın ərazisində yerləşir.Suraxanı QİS-nə daxil olmaq üçün mütləq onların həyətinə daxil olmalı və sonradan qaz idarəsinə girməlisən.Onlar da qaz idarəsinə aid olan idarəyə məxsus və ya şəxsi maşınları ərazilərinə belə bir məktub olmamış buraxmır.Mən də dünən idarə rəhbərliyindən xahis etdim gecə növbələrində masını həyətə salmaga icəri salmaqdan ötrü mənə icazə məktubu versin.Rəis Suraxanı OİL-la Suraxanı OİL Operation Company S.A icraçı direktor A.Sarıbalayevin adına Hİ01/02.2471.1-16.12.2015-ci il"Suraxanı rayonu QİS-nin rəhbərliyi Sizdən xahiş edir ki,istehsalat zəruriyyəti ilə əlaqədar olaraq,aşağıda qeyd olunan avtomaşının gecə növbələrində OİL-in həyətinə daxil olamsına icazə verəsiniz.Nissan Tİİda markalı 90 SE 807 dövlət nişanlı maşın. Suraxanı QİS-nin rəisi H.Şahbazov" elə bir məktubla xahis etdiki masinimizi içəri buraxmağa icazə versinlər.Bugün mənə dedilərki Suraxanı OİL-un socarda çalışan gözətçilərin rəisi Akif müəllim buna icazə vermir.Mən də şəxsən gedib onunla danışsam da danışığım bir nəticə vermədi.Mən ondan sorusduqdaki bizim rəis tərəfindən sizə ünvanlanan məktub sizin dəftərxanaya daxil olub qeydiyyatdan keçibmi.Çünki mən həmin məktubu məni dəftərxanaya buraxmadıqları üçün gözətciyə təqdim etmişdim.Mənim bu sözümdən hiss etdimki Akif müəllim çox əsəbiləşdi.Ona bildirdimki icazə verməməyinizin səbəbini xahis edirəm mənə rəsmi qaydada izah edəsiniz.O da mənə əsəbi halda sən deyəsən mənimlə basqa dildə danismaq istəyirsən.Biz cavabı lazım gəlsə idarəyə verəciyik.Sonradaki ərazi bizim olduğuna görə biz hec kəsə icazə vermirik.Bəli həqiqətən də sizin ərazidən keçirik.Ancaq sizin idarəyə yox öz idarəmizə.Bizim idarənin rəisi isə baxmayaraqki Azərbaycan dövlət Neft Şirkətinin SOCAR-in tərkibindədir sizə yox birbaşa Azəriqaz İB-nə tabedir.Bildiyiniz kimi Suraxanı rayon Qaracuxur qəsəbəsində kimlər tərəfindənsə dəfələrlə sakinlərin həyətlərində saxlamış olduqları şəxsi maşınları yandırılmışdır.Mən maşını kənarda saxlasam maşın yandırılsa məsuliyyətin kim daşıyacaq. .Mən burdan başda Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin Prezidenti Millət vəkili Rövnəq Abdullayev Azəriqaz İB-nn baş direktoru Ə.Hacıyev Respublika Həmkarlar Konfederasiyasının Prezidenti Millət vəkili Səttar Mehbalıyev olmaqla əlaqədar qurumlara müraciət edərək xahis etmək istəyirəmki bu məsələnin müsbət həllində mənə yardımçı olsun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.