"Müalicəm üçün cüzi maddi yardım istədim"... - 1-ci qrup əlil durumunun ağır olduğunu deyir

18-12-2015, 12:19           
"Müalicəm üçün cüzi maddi yardım istədim"... - 1-ci qrup əlil durumunun ağır olduğunu deyir
Xaçmaz sakini Niyaz Mehrəliyev şikayət məktubu ilə TİA.AZ-a müraciət edib. 1-ci qrup əlil olan Mehrəliyevin sözlərinə görə, yerli icra orqanlarından narazıdır.

İcra başçısının müavini Yetkin Mehmanovdan giley edən şikayətçi qeyd edib ki, ona qarşı laqeyd münasibət var. O, üç azyaşlı övladı olduğunu və cəmi 127 manat pensiya aldığını söyləyib.
İşləmək qabiliyyəti olmayan Mehrəliyevə köməklik göstərilmir: “Mən hansı dövlət qurumlarına müraciət edirəmsə, nəticəsi yoxdur. İcra başçısıınn müavini Yetkin Mehmanov tamamilə öz funksiyasının nədən ibarət olduğunu unudub.
Mən laqeydlikdən, biganəlikdən əziyyət çəkirəm. Müalicəm üçün cüzi maddi yardım istədim. Ancaq kömək etmədilər. Dövlət məmurlarının vəzifəsi vətəndaşların qayğısına qalmaq, onların problemlərini dinləyib həllinə nail olmaqdır. Cənab prezident də bunu dəfələrlə deyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru