Suraxanı OİL Oparation Company S.A nun icraçı direktoru A.Sarıbalayevdən şikayət var

19-12-2015, 22:22           
Suraxanı OİL Oparation Company S.A nun icraçı direktoru A.Sarıbalayevdən şikayət var
Mən Nağı Allahverdi Əli oğlu Azəriqaz İB-nin tabeciliyində olan Suraxanı QİS-də çalışıram.Suraxanı QİS-si SOCAR-ın Suraxanı OİL Oparation Company S.A-nın ərazisində yerləşir.Mən idarəmizə daxil olmaq üçün hökmən gərək Suraxanı OİL-un həyətinə ordan da öz idarəmizə daxil olum.Gecə növbələrində şəxsi avtomobili idarənin həyətinə daxil olub saxlamağa Suraxanı OİL-un rəhbərliyi icazə vermədiyindən mən 16.12.2015-ci il tarixdə Suraxanı QİS-nin rəisi Hacı Şahbazovun imzasıyla təsdiq olunmuş HŞ.01/02-2471-1 saylı Suraxanı OİL-un icraçı direktoru A.Sarıbalayevin adına "Suraxanı rayonu QİS-nin rəhbərliyi sizdən xahiş edir ki,istehsalat zəruriyyəti ilə əlaqədar olaraq Nağı Allahverdi Əli oğlunu və ona məxsus Nissan Tiida markalı 90 SE 807 dövlət nişanlı avtomaşının gecə növbələrində OİL-un həyətinə daxil olmasına icazə verəsiniz.Suraxanı r-nu QİS-nin rəisi H.Şahbazov məzmunlu məktubla müraciət olunub.Əvvəllər məktub daxil olana qədər mənə deyirdilərki nəzarətçilərin rəisi soy adını bilməıdiyim Akif adlı rəisləri icazə vermir.Bu məktub daxil olduqdan sonra isə 19.12.2015-ci il tarixdə bildirdilərki nəzarətçilərin rəisi Akif müəllim icazə versə də şirkətin icraçı direktoru A.Sarıbalayev qəti şəkildə maşının onlaırn ərazisindən keçməyə qadağa qoyub.Səbəb də bununla bağlı mənim elektron KİV vasitəsilə ölkə prezidentinə,Dövlət neft Şirkətinin Prezidentinə,həmkarlar Konfederasiyasının prezidentinə etdiyim müraciətlər olub.Bu məsələnin nə dərəcədə dəqiq olub olmamasını deyə bilmərəm ancaq bildiyimə görə səhər nəzarətcilərin razvodunda rəisləri bildiribki,Arzu Sarıbalayevin göstərisinə əsasən o masını əraziyə buraxmayasınız.Mən anlaya bilmirəm şirkətin icraçı direktoru A.Sarıbalayev olsa da ərazi dövlətə məxsusdur.Əgər birdən həmin ərazi onların özəl şəxsi əmlakı olmuş olsaydı bizim idarə onların şəxsi mülkündə kirayədə olmuş olsaydı bunu anlamaq olardı.Ancaq bunun nə demək olduğunu mən başa düşə bilmirəm.i Mən Bülbülə qəsəbəsndə yaşayıram.Suraxanı istiqamətindən qəsəbəmizə daxil olmaq üçün ilk əvvəl əmircan qəsəbəsinə sonra da öz evimə getməliyəm.Və yaxud da şəhər istiqamətindən gələrkən Bakıxanovdan qəsəbəmizə daxil olmalıyam.Belə çıxırki Əmircan və Bakıxanovdan icazə alıb sonra evimə getməliyəm.Bu nə yanaşmadır.Mən nə etməliyəmki bizim idarə elə yerdə yerləşirki hökmən sizin idarədən keçmək məcburiyyətində qalmalıyam.Belə çıxırki idarəmizə daxil olmaq üçün gərək helikopterdən istifadə edim..Bu özübaşınalıqdır bu düzgün yanaşma deyil.Pulu adamı olanlar artıq bizləri öz evimizdə adam yerinə belə qoymurlar.Nə vaxt şirkət özəlləsdirilər əlində əmlak komitəsinin çıxarışı olarsa onda mən də onların dediyini anlayaram. Mən maşını çöldə saxladığım halda maşın kimlər tərəfindənsə yandırıldı və ya oğurlandı həmin maşının kompensasiyasını A.Sarıbalayevmi ödəyəcək yoxsa nəzarətcilərin rəisi Akif.Mən burdan üzümü tutub bu işə səlahiyyəti çatan məmurlara müraciə edirəm.Kəşviyyat xidmətinin rəisi General Mədətquliyevə müraciə edirəm xahiş edirəm bu haqda bir tədbir görəsiniz.Ümid edirəmki bu müraciətimə müsbət cavab verilər.Qabaqcadan sizə təsəkkürümü bildirirəm.Hörmət və ehtiramla
Nağı Allahveri Əli oğlu
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.