"İcra nümayəndəsi 500 manatlıq maaşla 150 minlik heyvan yatağını necə alır?"- Şamaxıdan Şikayət VİDEO
7-03-2020, 00:00
Kanalımıza müraciət edən bir qrup Şamaxı rayon,Quşçukənd sakini Kəndin icra nümayəndəsi Bəşir Bəhrəmovdan şikayətçidirlər.Onların iddiasına görə icra nümayəndəsi kənddə dövlət əmlaknının talanması və korrupsiya ilə məşğuldur.Dəfələrlə bu barədə rayon icra başçısına müraciət edən sakinlərin şikayətinə baxan yoxdur. Sakinlərdən birinin iddiasına görə icra nümayəndəsi Bəşir Bəhrəmov kənd ərazisində küllü miqdarda vəsaitə yataq alıb.Şikayətçi hüquq mühafizə orqanlarına müraciət edərək bu məsələnin araşdırılmasını istəyir. Teref.az