Azərbaycan neftinin qiyməti 23 faiz də ucuzlaşaraq 35 dollar oldu.

9-03-2020, 08:35           
Azərbaycan neftinin qiyməti 23 faiz də ucuzlaşaraq 35 dollar oldu.
Goldman Sachs Group Inc qiymətlərin 1 barrel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.

Bilmirsən ki, baş verənlərə sevinəsən, yoxsa kədərlənəsən.

OPEC+ dağılması ilə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında siyasi və iqtisadi nəticələrə səbəb ola bilən hasilat müharibəsi başladıqdan sonra neft bazarlarında qiymətlər 30 faizdən çox aşağı düşüb. Belə ki, Brent neftinin qiyməti Asiya birjalarının açlışının başlanğıc saniyələrində 1991-ci ildə Körfəz müharibəsi dövründə baş verən enmədən sonra 31,02 dollar olmaqla ikinci böyük ucuzlaşmasını yaşayıb.
Sonradan nisbi sabitləşən neft qiymətləri WTI Crude Oil (Nymex) USD/bbl. 32.51, Brent Crude (ICE) USD/bbl. 35.60 səviyyəsində qərarlaşıb. Lakin bu da son hədd deyil.Goldman Sachs Group Inc qiymətlərin 1 barrel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.
Heç şübhəsiz ki, neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq. Əldə edilən gəlirləri 1 barrel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablanan Dövlət Neft Fondunun (DNF) və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa hökümət ilk növbədə DNF-nin, sonra isə dövlətin büdcəsinə yenidən baxmalı olacaq. Əks təqdirdə DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və maliyyəşdirdiyi təşkilatlar qarşısında öhdəliklərinin icrasında problemlər yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək.
Anti-demokratik ölkələrin, o sıradan Azərbaycanın 2015-16- cı illər təcrübəsi göstərir ki, belə situasiyada avtoritar ölkələr xərclərini "əhalini vergi və rüsumlarla yükləməklə" çıxardırlar. Görsənən odur ki, bu vəziyyətdən çıxış yolu axtaran hakimiyyət neft-qaz gəlirlərinin azalmasından olan itkiləri əhalinin büdcə və SOCAR qarşısında öhdəliklərini artırmaqla, eləcə də manatın ucuzlaşmasına rəvac verməklə tarazlaşdırmağa çalışsın. Başqa variant benzinin qiymətlərinin, su, elektrik və qaz tariflərinin bahalaşması və borclanmaya getmək də ola bilər. Odur ki, bilmirsən ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına sevinəsən, yoxsa kədərlənəsən. Hər ikisi sadə əhali üçün pisdir. Qiymət bahalaşanda gəlirlər bir qrupun, qiymət ucuzlaşanda isə xərclər hamının, daha çox da yoxsul təbəqənin üzərinə düşür.
Gubad Ibadoglu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.