"Qusarda da əməliyyat keçirilsin..." - İTTİHAM

9-03-2020, 13:14           
"Qusarda da əməliyyat keçirilsin..." - İTTİHAM
Redaksiyamıza müraciət edən bir qrup Qusar rayon sakini yerli icra başçısı Şair Alxasovun fəaliyyətindən giley edirlər. Narazı vətəndaşlar DİA.AZ vasitəsilə ölkə başçısına müraciət edərək bildirirlər ki, əgər Ağstafada, Neftçalada keçirilən əməliyyatlardan növbətisi Qusarda keçirilərsə, burada da icra başçıları və onun müavin və şöbə müdirləri də həbsə yola salınacaq.

Sakinlər dia.az-a yazır: "Təkcə Şair Alxasov yox, onun müavinləri və ümumiyyətlə, Qusar RİH-in bütün heyəti, rayonun vəzifəli şəxsləri bu gün Neftçaladakından da betər bir korrupsiya şəbəkəsi qurublar, o qədər özlərini suda balıq kimi rahat hiss edirlər ki, bu gün Qusarda məmurların kabineti alış-veriş yerinə dönüb. DTX Qusarda da əməliyyat keçirsə, bu faktlar üzə çıxar. Şahid tapmaq da çətin olmayacaq. Çünki bu gün Şair Alxasovun əməllərinə bütün Qusar camaatı şahidlik edir".

Sakinlər müraciətlərinin sonunda bildirirlər ki, əgər vəziyyət bu şəkildə davam edərsə, Qusarda bir nəfər də qalmayacaq: "Onsuz da hamı başını götürüb rayondan qaçır. Belə davam edərsə, bir nəfər də Qusarda qalmayacaq..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru