Qənirə Paşayeva “var-dövləti” barədə yayılmış siyahını təkzib etdi: “Yalandır,böhtandır!”

10-03-2020, 00:01           
Qənirə Paşayeva “var-dövləti” barədə yayılmış siyahını təkzib etdi: “Yalandır,böhtandır!”
“Almaniyada yaşayan bloqer Həbib Müntəzirin mənim “biznesimlə” bağlı yaydığı yalançı siyahıda mənə məxsus olan yalnız Bakı şəhərində 3 otaqlı mənzil və illərlə yaşadığım Masazır kəndindəki evimdir. Tam məsuliyyətlə deyirəm: o siyahıda yer alan rayonlardakı biznesin,o cümlədən Tovuzdakı otelin mənə, qardaşlarıma, bacıma -bir sözlə bizim ailəyə aidiyyatı yoxdır”.

Azpost.info bildirir ki, bu sözləri deputat Qənirə Paşayeva bloqer Həbib Müntəzirin onunla bağlı yaydığı mülk və obyektlərin siyahısını şərh edərəkən bəyan edib və bunu özünə atılmış böhtan adlandırıb: “O iki evdən başqa o siyahını araşdırın, görün kimlərə məxsusdur. Jurnalistlər siyahını araşdırsınlar, gerçəkləri ortaya çıxarsın. Görsünlər ki, həmin yerlər kimindir. Bunu araşdırmaq çox asandır”.

Deputat bildirib ki, siyahını yayan, Almaniyada yaşayan bloqer Həbib Müntəzirin üzr istəməyini gözləyir: “Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab da verməlidir. O siyahıda şəhərdəki 3 otaqlı mənzilimdən və Masazırdakı evimdən o siyahıda nə varsa sizə bağışlayaram. Gedin həmin yerə onda gerçəklər ortaya çıxacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru