I sinfə qəbulun elektron qeydiyyatı başlayır – Bu gündən

9-03-2020, 22:37           
I sinfə qəbulun elektron qeydiyyatı başlayır –
Bu gündən 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qaydada qeydiyyat başlayır.

Martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru