Mingəçevir icra başçısı müavinini niyə işdən qovub?
21-12-2015, 12:38
Ramiz Əliyev Niyazi Bayramovun yerinə göz dikibmiş
Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi, icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müaini Ramiz Əliyev bir neçə gün öncə işdən azad edilib. Bu barədə məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Ramiz Əliyevin işdən çıxarılmasına səbəb yeyinti hallarına yol verməsidir. Mənbənin söylədiyinə görə o, məktəb və bağça direktorlarından "xərac” toplayır, hətta, bunlar azmış kimi, bağçaların həyətlərini satırmış. Bütün bunlardan xəbər tutan icra başçısı Niyazi Bayramov Ramiz Əliyevi tutduğu vəzifədən azad edib. Bununla da kifayətlənməyən başçı aparatının digər işçilərindən Ramiz Əliyevin həqiqətən də vəzifəsindən sui-istifadə etdiyi barədə izahat alıb. İddiaya görə, Ramiz Əliyev Niyazi Bayramovun yerinə göz dikibmiş. O, bir çox yerdə icra başçısı olacağını söyləyirmiş. Görünür Niyazi Bayramov da məhz, bundan narahat olub. Əməkdaşlarımız iddialara aydınlıq gətirmək məqsədilə Ramiz Əliyevlə əlaqə saxlayıb. O, işdən azad olunduğu təsdiqləsə də, səbəbini açıqlamayıb.