"Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər..." - GİLEY

11-03-2020, 12:26           
 "Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər..." - GİLEY
Qusar sakinləri adından DİA.AZ-a ünvanlanan müraciətdə vətəndaşlar yerli icra hakimiyyətinin fəaliyyətindən, xüsusən də icra başçısı Şair Alxasovun əməllərindən narazı olduqlarını bildirir və bununla bağlı dövlət rəhbərliyindən rayona yeni başçı göndərilməsini xahiş edirlər.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Şair Alxasov bu gün rayonu öz şəxsi mülkü kimə idarə edir. Bu isə nə hörmətli Prezidentimizin bütün ölkədə nümayiş etdirdiyi siyasətə uyğun deyil, nə də bir icra başçısının səlahiyyətləri ilə uzlaşmır. Şair Alxasov zənn edir ki, Qusar rayonu onun şəxsi əmlakıdır. Burada sahibkarlıqla məşğul olmaq üçün onunla mütləq razılaşmalısan.

Razılaşmayanların obyekti başına uçurulur, biznesi, təsərrüfatı məhv edilir".

Xatırladaq ki, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda əməliyyat keçirib və həbs olunanlar var. Bunu xatırladan narazı qusarlılar DTX-dan rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsini də xahiş edirlər: "Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər... Fakt yetərincədir. Neftçalanın icra başçısı Şair Alxasovun yanında toya getməlidir..."

İddia olunanlarl bağlı bütün tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru