Şirkət Mehdi Hüseynlə Mehdi Hüseynzadəni səhv saldı

12-03-2020, 03:27           
Şirkət Mehdi Hüseynlə Mehdi Hüseynzadəni səhv saldı
“Xaliq Faiqoğlu” MMC-nin xidmət etdiyi 65 saylı marşrutda küçənin adı yanlış səsləndirilir.
Teref.az-ın məlumatına görə, “Kommersant.az” xəbər verir ki, dayanacağın adı “Bakıxanov küçəsi ilə Mehdi Hüseyn parkının kəsişməsi” kimi qeyd olunsa da, Bakıda elə bir park yoxdur.

Paytaxtda Mehdi Hüseynzadə adına park var. Şirkət isə yanlış məlumat verir və Mehdi Hüseynlə Mehdi Hüseynzadəni qarışdırır.

Qeyd edək ki, Mehdi Hüseyn Xalq yazıçısı, Mehdi Hüseynzadə isə “Mixaylo” ləqəbli əfsanəvi partizan, Sovet İttifaqı qəhrəmanıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.