İtaliyadakı azərbaycanlı tələbələr gətirildi: Aralarında onlarla koronavirus dayışıcısı var – ŞOK VİDEO

12-03-2020, 00:09           
İtaliyadakı azərbaycanlı tələbələr gətirildi: Aralarında onlarla koronavirus dayışıcısı var – ŞOK VİDEO
İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.

Bu barədə Ovqat.com-a TƏBİB-dən bildirilib.

Məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.

Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir.

Qeyd edək ki, bu TƏBİB-in məlumatıdır. Ovqat.com-un məlumatına görə isə, təkcə Milandan xüsusi reyslə 113 azərbaycanlı gətirilib. Onlardan 20-dən çoxunda yoluxma halları açkarlanıb.

Xatırladaq ki, İtaliya koronavirusun yayıldığı əsas ölkələrdən biridir. İtalya rəsmilərinin etirafına görə, İtaliyada son 7 saat ərzində koronavirus səbəbindən 196 nəfər daha ölüb və ümumilikdə ölkədə ölənlərin sayı rəsmi olaraq 827 nəfər olub.

İtaliyadakı vətəndaşlarımızın gətirilmə anını əks etdirən videonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru