Dünya virusun əsarətində: baş infeksionistdən yeni xəbərdarlıq
13-03-2020, 11:12

Azərbaycan koronavirusun təsbiti üçün Rusiya istehsalı test sistemləri alacaq
Koronavirus bəşəriyyətin fəlakətinə çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son statistikanı açıqlayıb. 124 ölkədə ümumilikdə 126 380 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 191-i yeni yoluxmadır.
Koronavirusdan ölənlərin sayı 4634 nəfərə çatıb ki, onlardan da 18-i yeni ölüm halıdır. Koronavirusa yoluxanlardan 68 313 nəfəri müalicə nəticəsində sağalıb, onlardan 1300-ü yenidir.
“Yeni Müsavat” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunması, ABŞ-ın Avropa ilə sərhədlərini bağlaması vəziyyətin dramatikliyini əks etdirir.
Artıq dünyanın hər yerində turizm dayanıb, idman yarışları, incəsənət tədbirləri ləğv edilib, ticarət, iqtisadi əlaqələr dondurulub, milyonlarla əhalisi olan şəhərlər, ölkələr qapanıb, karantin elan edilib. Faktiki olaraq, dünya koronavirus kataklizmi yaşayır.
Təcridxanalar, kitabxana, yarışlar, bayramlar... - dayandı!
Bizi isə narahat edən ümdə məsələ Azərbaycanın qonşusu İranda koronavirusdan ölənlərin artmasıdır. Çünki Azərbaycanda koronavirus olduğu aşkarlananlar İrandan gələnlərdir. O cümlədən Avropada ən dəhşətli formada yayılmış İtaliyadakı azərbaycanlıların üzləşdiyi təhlükədir. Səfirlik İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət edib.