Hansı mallar nə qədər bahalaşdı – Siyahı
22-12-2015, 01:22
Dolların manata nisbətən 48 faiz artması ərzağın qiymətinə hansı təsirləri göstərəcəyi günün əsas sualıdır. Hökümət ərzağın qiymətlərini bundan öncəki devalivasiyada olduğu kimi qismən də olsa saxlaya biləcəkmi? Məlum olduğu kimi, manatın dəyərdən düşməsi xəbəri yayılan kimi iri marketlərdə izdiham yaşanıb. Lakin bəzi mağazalarda ərzaq məsullarının tapılmayıb, bəzilərində məhtudiyyətli satışın tətbiq olunub, bir qism marketlər isə ümumiyyətlə, heç bir satışın həyata keçirməyib. Bütün bunlar qiymətlərlə bağlı hansı qərarın veriləcəyi barədə vacib sualın hələ cavablanmaması ilə bağlı idi.
Bu gün axşam saatlarında isə artıq qərar verilib. Gündəlik təlapat mallarının qalxması hökumətlə razılaşdırılıb. AzNews.az hansı məhsulların nə qədər qalxması barədə səhih məlumat əldə edib.
İri marketlərə göndərilən siyahıya görə, yerli məhsullar 15 faiz, siqaret 25 faiz, ərzaq məhsullarının böyük əksəriyyəri isə 30 faiz qaldırılacaq. Məlumat görə, böyük mağazaların əməkdaşları bu dəqiqələrdə iş başınadırlar. Onlar təqdim edilən siyahı üzrə məhsulların qiymətlərində dəyişiklik edilir. Belə çıxır ki, sabah vətəndaşlar marketlərə daxil olanda tamam başqa qiymətlərlə qarşılaşacaqlar.mia.az