Ucar sakini saxta əlillik faktının peşini buraxmır... - ŞİKAYƏT VAR

22-12-2015, 13:24           
Ucar sakini saxta əlillik faktının peşini buraxmır... - ŞİKAYƏT VAR
Ucar rayonu M.Əliyev küçəsi ev 3 sakini Ələkbərov Zakir Xəlil oğlu eyni problemlə əlaqədar artıq 2-ci dəfədir ki, DİA.AZ-a müraciət edir. Qeyd edək ki, vətəndaşın 1-ci müraciətini ictimailəşdirməmişdik. Bu dəfə isə Ucar sakininin yazdıqlarını olduğu kimi diqətinizə təqdim edirik:

"Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin rəisi İlqar Qurbanov və onun müavini Məmməd Xasıyev korrupsiya şəbəkəsi yaradıb rüşvət alıb sağlam insanlara saxta əlillik dərəcəsi təyin edib dövlətə küllü miqdarda ziyanlar vururlar. Bu korrupsioner cütlüyün cinayət əməlləri heç də Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşlarının əməllərindən geri qalmır.Onların cinayət əməlləri şəxsən Prezidentin nəzarəti ilə araşdırılıb həbs edilməlidirlər.Qeyd edim ki, bir müddət öncə şikayət ərizələri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edib "Ucar Yeyinti Məhsulları Kombinatının" sabiq direktoru Ələkbərov Şahlar Xəlil oğlunun və onun həyat yoldaşı İsrayılova İradə Əvəz qızının sağlam olmalarına baxmayaraq saxtakarlıqla əlillik dərəcəsi almaları barədə məlumat verib həmin şəxslərin Bakı şəhərində müasir tibbi aparatları vasitəsi ilə obyektiv müayinə olunmalarının təmin edilməsini xahiş etmişdim.Həmin şikayət ərizəm icra olunması üçün Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin rəisi İlqar Qurbanova həvalə edildi. Bundan sonra bir nəfər həmin idarənin əməkdaşı Ucar rayonuna mənim yaşadığım evə gəlib məndən xahiş etdi ki, şikayət etmə səni "Yeyinti Məhsulları Kombinatının" sabiq direkmtoru Şahlar Ələkbərovla barışdıracam bunu deyib çıxıb getdi.Hətda həmin adam sərxoş vəziyyətdə idi.Sonradan bildim ki, Şahlar Ələkbərov şəxsən Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidmətinin rəisi İlqar Qurbanova və onun müavini Məmməd Xasıyevə küllü miqdarda rüşvət verib deyə onların saxta əlillikləri yoxlanılmadı heç bir qanunu tədbir görülmədi. Mənə isə Məmməd Xasıyev bildirdi ki, " sənin şikayət ərizəndə göstərilənlər yalandı onlar hər ikisi əlildirlər, onları evlərində müayinə etmişik,sənədlər düzdür"

Bu absurddur. Çünki mən ərizəmdə yazıram ki, sabiq direktor və onun həyat yoldaşı tam sağlamdılar onları müasir tibb aparatından müayinədən keçirsələr təyin edilən xəstəliyin onlarda mövcud olmadığı təsdiq olunacaq.Hansı qanuna əsasən onları evdə müayinə edib və bu necə olur ki, bir nəfər gəlib gözlə sənədlərə baxıb onların xəstə əlil olduqları barədə təkrar saxta rəy verir.Gözlə vizual baxıb bunu necə aşkar etmək olar ? Bu korrupsiyaya qurşanmış Məmməd Xasıyev isə bazar açıb mənə nağıl danışır. .Bir daha qeyd edirəm Şahlar Ələkbərov və həyat yoldaşı İradə İsrayılova Bakı şəhərində müasir tibbi aparatlar vasitəsi ilə həkim müayinəsindən keçsələr onlarda həmin xəstəliyin olmadığı və tam sağlam olduqları aşkar ediləcək. Nazir cənab Səlim Müslümovdan xahiş edirəm ki, , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yeni yaradılmış İctimai Şura bu müraciətim əsasında mənim iştirakımla saxta əlillik dərəcəsi verilmiş Şahlar Ələkbərovu və onun həyat yoldaşı İradə İsrayılovanı müasir tibbi aparatlar vasitəsi ilə obyektiv müayinə edib qanunu tədbir görsünlər.Belə olanda onların tam sağlam,saxta əlil olmaları , İlqar Qurbanovla, Məmməd Xasıyevin isə korrupsiya xəstəsi olmaları subut ediləcək".
Daha sonra narazı vətəndaş dia.az-a müraciətində bildirir: "İlqar Qurbanov və Məmməd Xasıyev mənə başdan sovdu cavab məktubları göndərib qanunsuzluq faktlarının üstünü ört-basdır etməklə məni yox Preziden cənab İlham Əliyevi aldadırlar. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Nazir Səlim Müslümova müraciət edib xahiş edirəm bu ciddi qnunsuzluq faktını araşdırıb korrupsiya şəbəkəsi yaratmış rüşvətxor vəzifəli şəxslər barədə qanunu tədbirlər görəsiniz. Mən bu barədə Sizə şikayət ərizəsi də göndərmişəm".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.