Şəhidlik statusu kimlərə verilir? - Müdafiə Nazirliyindən reaksiya

22-12-2015, 14:05           
Şəhidlik statusu kimlərə verilir? - Müdafiə Nazirliyindən reaksiya
"Moderator.az saytında dərc olunan, övladına şəhidlik statusunun verilməməsindən şikayət edən Eynalı Hənifəyevin məktubuna cavab olaraq bildiririk ki, 2013-cü il iyul ayının 29-da Naxçıvan Muxtar Respublikasının Babək rayonundan hərbi xidmətə çağırılan Hənifəyev Seyran Eynalı oğlu 2014-cü il avqust ayının 8-də ürək çatışmazlığından dünyasını dəyişib".

Bunu Moderator.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir: "S.Hənifəyevin vaxtsız vəfatından kədərləndiyimizi və övlad itkisi kimi Hənifəyevlər ailəsinin ağır dərdinə şərik olduğumuzu bildirərək mərhuma Allahdan rəhmət diləyirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru