Bakıda bir neçə yaşayış binası söküləcək - VİDEO

19-03-2020, 00:00           
Bakıda bir neçə yaşayış binası söküləcək - VİDEO
Nərimanov rayonunun Həsənoğlu küçəsində yeddi yaşayış binası söküləcək. Bununla bağlı sakinlərə “Ailə Park” tikinti şirkəti tərəfindən məlumat vərəqələri də paylanılıb.

Baku.TV xəbər verir ki, vərəqələrin üzərində sakinlərin hansı sənədləri təqdim etməli olduğu göstərilib.

“Ailə Park” MMC-nin rəsmi nümayəndəsi Kamil Məmmədlinin sözlərinə görə, həmin ərazidəki binalar yaşayış üçün tamamilə yararsızdır. Ərazidə artıq hasarlama işləri başlanılıb. Sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün rüb hesabı olaraq 3 aylıq ödənişlər ediləcək.

“Əmin olsunlar ki, sökdüyümüz binaların yerində tikdiyimiz çoxmərtəbəli binalarda onlara mənzil və mülkiyyət verəcəyik”, - deyə şirkətin təmsilçisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru