ÜST rəhbəri: “Koronavirusa qarşı peyvəndin ilk sınaqları başlayıb”

19-03-2020, 05:58           
ÜST rəhbəri: “Koronavirusa qarşı peyvəndin ilk sınaqları başlayıb”
“Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanılıb”.

APA-nın məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID19 ilə bağlı keçirdiyi brifinqdə bildirib.

"Bu inanılmaz bir müvəffəqiyyətdir. Koronavirusla mübarizə çərçivəsində bir araya gələn tədqiqatçıları alqışlayırıq", - deyə ÜST rəhbəri vurğulayıb.

O, koronavirusun qarşısının alınmasına kömək edəcək peyvəndin ilk sınağına sözügedən virusun meydana gəlməsindən təxminən iki ay sonra başlanıldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru