Qanunsuz reklam aparan şirkətlə bağlı araşdırma aparılacaq

19-03-2020, 02:03           
Qanunsuz reklam aparan şirkətlə bağlı araşdırma aparılacaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dam örtüyü materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətin məhsullarını yarıçılpaq qadın fotoları ilə reklam etməsi ilə bağlı araşdırma aparacaq.

"Report" xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

M.Zeynalova şirkətin öz məhsullarını yarıçılpaq qadınların fotoları vasitəsilə reklam etməsini qadın hüququna zidd adlandırıb.

Qeyd edək ki, "facebook" sosial şəbəkəsindəki "damortuyu" səhifəsində dam örtüyü materiallarının yarıçılpaq qadın fotoları vasitəsilə satışa çıxarılması izləyicilər tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri bunu qadın hüquqlarının pozulması və həmin qadınların istismarı kimi dəyərləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru