188 yükdaşıma şirkəti oğurluq edir? - Şikayət

22-12-2015, 21:35           
188 yükdaşıma şirkəti oğurluq edir? - Şikayət
188 yükdaşıma şirkəti ilə bağlı kifayət qədər şikayətlər var.

TEREF.İNFO xalq.az-a istinadən xəbər verir ki, bir vətəndaşın üzləşdiyi qanunsuzluq sosial mediada öz əksini tapıb.

Sitat: “Oktyabrın 15-də ailəmin yaşadığımız evdən başqa evə köçməsi ilə əlaqədar olaraq yükdaşıma xidmətinə ehtiyacımız yarandı. Bir neçə gün əvvəldən bu sahədə yenicə xidmət göstərməyə başlamış bir neçə Yük daşıma xidmətinə zəng vursam da ən oktyabrın 14-də 188 Xidməti ilə razılığa gəldik. İki nəfərdən ibarət köməkçi iş qüvvəsi daxil olmaqla Yük Taksisi sifariş verdim”.
Şikayətçi qeyd edib: “Təqribən 09:30 radələrində 2 nəfərdən ibarət köməkçi iş qüvvəsi ilə birlikdə Yük taksisi yaşadığımız ünvana gəldi və hələ heç bir yük maşına yüklənməmiş (əslində bu sığorta müqaviləsi olduğundan yüklər daşınıb təhvil verildikdən sonra təhvil-təslim müqaviləsinə qol çəkilməli imiş) mənə bir-iki sənədə qol çəkdirdilər.
Yükümüz təyinat yerinə daşındıqdan sonra isə daşınmazdan əvvəl çantalara yerləşdirilmiş 3 ədəd əşyamızın -1 gödəkçə, 2 köynəyin həmin çantalarda olmadığını gördük və buna görə daşınan zaman fəhlələr tərəfindən oğurlandığına əmin olmaq üçün digər çantalara da baxdıq və təəssüflər olsun ki qorxduğumuz başımıza gəldi – üçü birlikdə 50 AZN dəyərində olan əşyalarımız çantalardan götürülmüşdü.
Bütün bunları isə zəng vurub 188 Yük Taksi Xidmətinin müvafiq əməkdaşlarına bildirsək də, heç bir əsasları olmadan “bunun-oğurluğun mümkün olmadığını, həmin fəhlələrin bizim geyimimizə qalmadığını” bildirirlər (bəs yaxşı əgər onlar oğurlamayıblarsa həmin əşyalar hara yoxa çıxıb?!).
Ən son zəng vurduğumda isə operator qəsdən danışığı kəsdi, menecer isə sonradan mənlə əlaqə saxlayacağını bildirsə də hələ də zəng vurmayıb!
Buna görə də son olaraq onu demək istəyirəm ki, fəhlələr arasında oğru olduğuna görə 188 Yük Taksi xidmətindən istifadə etməklə yük daşımaq çox risklidir, çünki oğurluq nəticəsində böyük məbləğdə ziyana uğraya bilərsiniz”. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.