"UniBank"dan dollar fürsətcilliyi... - ŞİKAYƏT VAR

24-12-2015, 13:46           
"UniBank"dan dollar fürsətcilliyi... - ŞİKAYƏT VAR
"Unibank” müştərilərin kredit ödənişini qəsdən artırır.

VİZUAL.az xəbər verir ki, bu barədə Fidan Qasımova adlı müştəri sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, bank vaxtından əvvəl ödənilmiş kredit üçün əlavə 1 dollar tələb edir: "Devalvasiya oldu, manat dollara nisbətdə həddindən artıq ucuzlaşdı. Bu, artıq hamıya məlumdur. Dollarla olan borclar yeni kursla ödənilir. Belə bir soyğunçuluq qalsın bir qırağa, "Unibank” dolları da qaldırır.
Bunun nə demək olduğunun izahını verirəm: Vaxtından əvvəl ödəniş olunub və heç bir faiz olmaya-olmaya ödəniləcək məbləğ 1 dollar artırılıb. Bunun adı quldurluq və ya soyğunçuluq deyilsə bəs nədir??!!”.
Bank işçilərinin müştərilərə qarşı olduqca kobud davrandığını bildirən şikayətçi müraciətlərinin cavabsız qaldığını vurğulayıb: "Əlaqə saxlamaq üçün ancaq müştəri xidməti var. Hansı ki, oradakı işçilərə müştəri xidməti nə olduğunu öyrətmək lazımdır.
Özlərinin heç bir şeydən məlumatları olmadığı halda, mənə olmayan ağıllarının kəsdiyini yeritməyə çalışırlar. İşçilərdən biri mənə hər gün faiz çıxılmalı olduğunu və bunun normal olduğunu dönə-dönə "başa salmağa” çalışdı və bunun normal olduğunu və heç bir problemin olmadığını bildirdi.
Rəhbərliyə müraciət etmək istədiyimi deyəndə isə bunun üçün heç bir əsas olmadığını qeyd etməyəcəklərini çox kobud şəkildə bildirdilər. Arada olan fərq gözəgörünməz sayıla bilər. Lakin bunun adı soyğunçuluqdur!
Hər bir müştəridən 1 dollar oğurlayanda, bu, milyonlarla dollar deməkdir. Yəqin ki, bu hadisəyə əhəmiyyət verməyib ödəniş edənlər həddindən artıq çoxdur və onlar bununla "Unibank”ın quldurluğunun baş alıb getməsinə şərait yaradırlar”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.