Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov 54 min dollara maşın satır - FOTO

12-05-2020, 09:11           
Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov 54 min dollara maşın satır - FOTO
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdığıma görə, Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov öz Facebook səhifəsində maşın satır. Belə ki, cənab Məmmədov "Turbo.az" saytında satışa çıxardığı özünə məxsus Porsche Boxter GTS avtomobilinin elanını öz səhifəsində də yerləşdirib.
Avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunduğu kimi bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur.
Şöbə müdiri onu ikinci avtomobil kimi nadir hallarda sürüb, amma hansı zərurətdən satışa çıxardığı bəlli deyil.
Məlum olan odur ki, bu aralar Milli Məclisdə "islahatlar başa çatıb" və İlkin Məmmədov yeni vəzifəsinə təyinat alıb. O, keçmiş spiker Oqtay Əsədovun bacısı oğlunun qaynıdır.
Teref.az


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru