190 manat alanların siyahısında şübhəli məqamlar: Abasovlar... - FOTOLAR

12-05-2020, 17:42           
190 manat alanların siyahısında şübhəli məqamlar: Abasovlar...  - FOTOLAR
"Birdəfəlik ödəmə üzrə 190 manat alanların siyahısında şübhə doğuranlar var”.

Bizimxeber.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Əmək və Əhalinin Sosial Müavinət Nazirliyinin 190 manat birdəfəlik yardım verilən 600 min vətəndaşın siyahısından danışarkən deyib.

Onun sözlərinə görə, siyahıda soyad və ata adları eyni olanlar üstünlük təşkil edir: "Birdəfəlik ödəmə üzrə 190 manat alanların siyahısında yalnız soyadları "Abasov" olanları nəzərdən keçirdim. Eyni ad, soyad və ata adı olan, lakin FİN-in ilk 3 simvolu müxtəlif olan çoxlu şəxslərə rast gəldim. Hələ mən 1200-ə qədər baxdım, görün 600 min arasında nə qədər şübhə doğuranlar vardır”.

Qubad İbadoğlu təklif edib ki, 190 manat alanların siyahısı yaşayış yerləri üzrə ünvanları, doğum tarixləri ilə birlikdə dərc edilməlidir ki: "Belə halları görəndə şübhələr yaranmasın. Şəkil bölməsinə sıra sayı 436-437, 445-446, 986-987, 1210-1211 olanlara diqqət edin. Hələ də gec deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini siyahıya yaşayış yerlərini əlavə etməyə çağırıram”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru